Göz makiyajının ən vurğulu hissələrindən biri eyeliner istifadəsidir. Düzgün çəkilmiş bir xətt gözləri daha iri, baxışları daha cazibədar göstərir. Lakin hər bir insanın göz forması fərqli olduğu üçün, eyni eyeliner texnikası hər kəsdə eyni effekti vermir. Bu məqalədə hər göz forması üçün uyğun eyeliner texnikalarını addım-addım izah edəcəyik.
1. Yumru gözlər
Xüsusiyyətlər: Göz bəbəyinin ətrafı bütün istiqamətlərdə demək olar ki, bərabər şəkildə dövrələnib.
Texnika: Yalnız gözün kənardan ortasına qədər incə xətt çəkin və ucluğu yuxarıya doğru dartın. Gözün daxili hissəsini boş buraxmaq onu uzanıq göstərir.
2. Badamvari gözlər
Xüsusiyyətlər: Hər kəsin arzuladığı forma. Göz bəbəyi qısmen yuxarı qalxıb, simmetrik və tarazlı.
Texnika: Eyelinerə gözün ortasından başlayaraq ucu çəkilib dartılmalıdır. Cat-eye stili bu göz üçün ideal göstərilir.
3. Kiçik gözlər
Xüsusiyyətlər: Göz çuxurda və ya yastı düzlükdədir, çox gözə dçarpan deyil.
Texnika: Göz bəbəyinin ortasından xaricə doğru nazik xətt çəkin. Su xəttini (waterline) ağ qələmlə vurğlamaq gözü daha iri göstərəcəkdir.
4. Batan gözlər (deep-set)
Xüsusiyyətlər: Göz dərini altında dərinləşərək oturmuş kimi görünür.
Texnika: Xətt göz qapağının tam üstündən çəkilməlidir və çox qalın olmamalıdır. Ucu incə olub, yuxarı qıvrılmalıdır.
5. Asılı göz qapağı (hooded eyes)
Xüsusiyyətlər: Göz qapağının üst hissəsi gözü qismən örtər, eyeliner xətti itib gədir.
Texnika: Qalın xətt çəkin və gözün kənardan yuxarıya sükün. Göz açıldıqda ucluq hələ də görünməlidər. Göz açıq halda xəttə baxıb formalaşdırın.
6. Enli gözlər (wide-set eyes)
Xüsusiyyətlər: Gözlər bir-birindən nisbətən uzaqdadır.
Texnika: Eyeliner gözün daxili hissəsindən başlayaraq bütün qapaq boyu çəkilməlidir. Bu, gözləri vizual olaraq bir-birinə yaxın göstərir.
7. Yaxın gözlər (close-set eyes)
Xüsusiyyətlər: Gözlər bir-birinə çox yaxındır.
Texnika: Eyelinerə göz bəbəyinin ortasından başlayın və kənarda qalınlaşdırın. Daxili hissəyə vurğun verməyin. Bu, gözləri daha aralı göstərir.
8. Monolid gözlər (Asiya tipləri)
Xüsusiyyətlər: Qapaqda qat yoxdur, xətt göz qırışına gizlənə bilir.
Texnika: Qalın və təmiz xətt çəkin. Fly-liner stili (qanadvari) ideal göstərilir. Gel eyeliner daha qalıcı olur.
Yekun Məsləhətlər:
-
Göz formasını tanımaq və uyğun texnika seçmək makiyajın keyfiyyətini artırır.
-
Hər zaman göz açıq haldaykən formaya baxın.
-
Qara eyeliner klassikdir, amma qəhvəyi, bənzəri tonlar da yumşaq təsirlidir.
-
Göz altı qələmi və tuşla tamamlayın.
Unutmayın: Eyeliner sadəcə xətt deyil – o, baxışınızın ruhudur. Öz göz formanı tanı, qələmini al və gözlərinlə danış!